“Makkabi”nin futbolçusu: “Üçüncü dəfədir Azərbaycana gəlirəm”
20.07.2022 - 19:08
“Üçüncü dəfədir Azərbaycana gəlirəm. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu İsrailin “Makkabi” (Təl-Əviv) klubunun futbolçusu Şeran Yeini Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə Bakıda keçiriləcək ilk oyun barədə danışarkən deyib.
36 yaşlı israilli müdafiəçi mətbuat konfransında bildirib ki, bundan əvvəl Azərbaycanda keçirdiyi görüşlərdə qələbə qazana bilməyib: “Əvvəlki oyunlarımızda 0:0 və 1:1 hesabı qeydə alınıb”.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
- "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR
0
0