Mbappe yenidən zirvədə: Ən yaxşısı seçildi
06.12.2025 - 13:09
“Real Madrid”in hücumçusu Kilian Mbappe noyabr ayının ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı forvard azarkeşlərin səsverməsində Tibo Kurtua, Eder Militao, Vinisius Jünior və Arda Gülərdən üstün olub. O, noyabr ayında “kral klubu”nun 6 matçında iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xabi Alonsonun komandası La Liqada 15 turdan sonra 36 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Barselona” ilə xal fərqi 1-ə bərabərdir.
0
1