Medina bu göstəricidə ən yaxşılar arasındadır
29.01.2026 - 09:17
Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina 8 oyundan sonra ən çox top qazanan futbolçular arasındadır. Kolumbiyalı futbolçu ümumilikdə 62 dəfə rəqiblərindən “top oğurlamağı” bacarıb. O, bu göstəricidə üçüncü sıradadır.
Birinci pillədə “Atletik”dən Aytor Paredes yer alıb. O, 7 matçda 77 dəfə rəqiblərindən top almağı bacarıb.
0
0