Mikels komandadan ayrıldı - SON DƏQİQƏ
05.06.2026 - 11:24
"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.
Ruandalı 30 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.
Qeyd edək ki, onun qardaşı da ölkəmizdə çıxış edir. Coy Lens "Sabah"ın şərəfini qoruyur. Leroy isə ötən mövsümü "Zirə"də keçirib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
2
1