“Çox yaxşı matç keçirdik. Düşünürəm ki, qələbəyə layiq idik”.
Bu sözləri apasport.az saytına açıqlamasında Leroy Mikels deyib.
“Şamaxı”nın futbolçusu “Sabah”la matçı dəyərləndirib: “Ötən həftə şanssızlıq səbəbindən məğlub olmuşduq. “Qarabağ”la görüşdə son dəqiqə qolu ilə uduzmuşduq. Amma bu gün 3 xalı haqq etdik. Qış fasiləsinə qələbə ilə yollanmaq əlavə motivasiyadır. İstədiyim qolu vurdum və indi istirahət zamanıdır. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Hər kəs öz işini görür və gələcəyə baxırıq. Baş məşqçimiz Ayxan Abbasov mənə hər zaman köməklik göstərir. Komandamı sevirəm”.
O, “Qarabağ”a transferi barədə yayılan söz-söhbətlərə də reaksiya bildirib: “Bu barədə məlumatım yoxdur. Təbii ki, hər kəs “Qarabağ” kimi komandada oynamaq istəyər. Böyük klubdur. Lakin “Şamaxı”da xoşbəxtəm. Hələ ki, “Qarabağ”dan rəsmi təklif almamışam. Bu, baş verərsə, o zaman fikir bildirmək olar. Nələrin olacağını izləyib görəcəyik”.
Qeyd edək ki, Misli Premyer Liqasının XVIII turunun “Şamaxı” – “Sabah” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
İsmayıl Xeyrullayev