Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi qeyd ediləcək.
Apasport.az xəbər verir ki, komitə tərəfindən 30 illik yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur.
Azərbaycan paralimpiyaçıları 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılarımız 27 paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.
Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək