Millimiz Andorraya qalib gəldi
18.04.2026 - 18:56
Millimiz Andorraya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib.

Saat 17:00-da başlayan matç “İdman TV” vasitəsilə canlı yayımlanıb.

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

18 aprel

Azərbaycan (Qadınlar) – Andorra (Qadınlar) 2:0
“Bank Respublika Arena”. Saat 17:00
Baş hakim: Vesna Miletiç
Baş hakimin köməkçiləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak
(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)