Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
30.10.2025 - 09:57
Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.
0
0