Millimiz Belarusla qarşılaşacaq
05.05.2025 - 20:21

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, hazırlıq çərçivəsində U-16 Belarus yığması ilə yoxlama görüşləri keçirəcək.
Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.
Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.
Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:
0
0