Millimiz Bolqarıstanla bacarmadı - YENİLƏNİB
31.03.2026 - 21:57
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, gənc milli komandamız səfərdə Bolqarıstanlı həmyaşıdları ilə qarşılaşıb.
Oyun Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Gərgin mübarizə şəraitində keçən matçda hesab açılmayıb və görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hazırda U-21 komandamızın aktivində 6 xal var və altı komandalı qrupda 5-ci pillədədir.
Bolqarıstan isə 11 xalla 4-cüdür.
0
0