Millimiz FIFA reytinqində bir pillə irəliləyib
17.10.2025 - 16:59
Millimiz FIFA reytinqində bir pillə irəliləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Yığmamız hazırda 1142.25 xalla 123-cü pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü yerdə idi.

Azərbaycan millisi oktyabr ayında iki oyun keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, reytinq cədvəlinə son Avropa çempionu İspaniya seçməsi (1880.76 xal) başçılıq edir.