Millimiz FİFA reytinqində dörd pillə geriləyib
19.11.2025 - 20:53
Millimiz FİFA reytinqində dörd pillə geriləyib

FIFA milli komandalar yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1132.97 xalla 127-ci yerdədir. Millimiz oktyabr ayında 142.25 xalla 123-cü pillədə idi.

Qeyd edək ki, reytinq cədvəlinə İspaniya (1877.18 xal) başçılıq edir.