Millimiz Gürcüstanla qarşılaşacaq
17.04.2026 - 10:16
19 yaşadək qızlardan futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Gürcüstanla qarşılaşacaq.
Xorvatiyada, Luçko şəhərində baş tutacaq oyuna saat 14:00-da start veriləcək.
Qeyd edək ki, yığmamız qrupda daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabı ilə məğlub olub.
0
0