Millimiz iki pillə gerilədi
18.09.2025 - 14:20

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması əvvəlki göstərici ilə müqayisədə 2 pillə geriləyib.
Hazırda millimiz 1148.09 xalla 124-cü yerdə qərarlaşıb.
Siyahıya 1875.37 xalla İspaniya başçılıq edir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqiblərindən Fransa ikinci pilləyə yüksəlib. Digər rəqiblərdən Ukrayna 1543.06 xalla 28-ci yerə enib, İslandiya isə 1343.09 xalla 74-cü yerdə qalıb.
0
0