Millimiz Polşaya böyük hesabla məğlub olub
09.09.2025 - 14:57
Millimiz Polşaya böyük hesabla məğlub olub

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

Apasport.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.