Millimiz yoxlama matçı keçirəcək
19.08.2025 - 17:21
Millimiz yoxlama matçı keçirəcək

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Podqoritsa şəhərində hazırlıq keçən yığmamız Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyun saat Bakı vaxtı ilə 22:00-da başlayacaq. 

19 avqust 
 

Monteneqro (U-17) - Azərbaycan (U-17)
Camp FSCG, Podqoritsa. Saat 22:00