Millimizdən qolsuz sülh
27.03.2026 - 14:52
Millimizdən qolsuz sülh

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş Bakı vaxtı ilə saat 13:00-da başlayıb.

Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Gərgin keçən matçda qalib müəyyənləşməyib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, yığmamız növbəti görüşünü 30 mart tarixində Maltanın müvafiq yaş qrupuna qarşı keçirəcək.