Azərbaycanın futzal millisinin Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacağı oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət edilib.
Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
№ |
Ad, soyad |
Klub |
1 |
Emin Kürdov |
Araz-Naxçıvan |
2 |
Rövşən Hüseynli |
Astana (Qazaxıstan) |
3 |
Fərid Abbasov |
Baku Fire |
4 |
Emil Həsənzadə |
Neftçi İK |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
6 |
Tofiq Mikayılov |
Baku Fire |
7 |
Kənan Manafov |
Baku Fire |
8 |
Oktay Rüstəmli |
Baku Fire |
9 |
Nihad İsmayılov |
Baku Fire |
10 |
Fərid Atakişiyev |
Neftçi İK |
11 |
Ülvi Əliyev |
Araz-Naxçıvan |
12 |
Mirzə Əmirov |
Neftçi İK |
13 |
Seymur Məmmədov |
Klubsuz |
14 |
Nurlan Mehdizadə |
Baku Fire |
15 |
Cavad Məmmədov |
Baku Fire |