Millimizin oyunu özbəkistanlılara həvalə olunub
30.03.2026 - 11:18
Millimizin oyunu özbəkistanlılara həvalə olunub

"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Apasport.az xəbər verir ki, matçın baş hakimi Asker Najafaliyev olacaq.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Xatırladaq ki, qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.