Millimizin üzvü “Kəpəz”də - RƏSMİ
18.11.2025 - 20:52
Millimizin üzvü “Kəpəz”də - RƏSMİ

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Apasport.az xəbər verir ki, "sarı-göylər" Yusif İmanovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, İmanov son olaraq "Sabah" klubunun formasını geyinib.