Millimizin üzvü oynadı, komandası məğlub oldu
04.10.2025 - 00:20
Millimizin üzvü oynadı, komandası məğlub oldu

Xorvatiyada futbol üzrə ölkə çempionatının IX turu keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” səfərdə “İstra 1961”lə qarşılaşıb.

Oyun ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

Abdullazadə meydana 46-cı dəqiqədə, hesab 0:0 olarkən daxil olub.

Qeyd edək ki, “Varajdin” 12 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.