Millimizin üzvü oynamadı, komandası məğlub oldu
06.12.2025 - 22:32
Millimizin üzvü oynamadı, komandası məğlub oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” klubu Polşa çempionatında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Lublin təmsilçisi XVIII turda səfərdə “Arka” ilə qarşılaşıb.

Matç “Motor”un məğlubiyyəti ilə başa çatıb – 0:1.

Renat Dadaşov bu görüşdə meydana çıxmayıb və oyunu sonadək ehtiyat oyunçular skamyasında izləyib.

Qeyd edək ki, “Motor” 18 turun ardından 20 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.