Millimizin üzvü Polşa klubu ilə yollarını ayırdı - RƏSMİ
29.05.2026 - 09:43
Azərbaycan millisinin üzvü Renat Dadaşov gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, hücumçu komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forvardın mövcud müqaviləsinin müddəti başa çatıb. 26 yaşlı futbolçu klubu azad agent statusunda tərk edib.
Qeyd edək ki, Renat Dadaşov mövsümün gedişində “Radomyak”dan “Motor”a transfer olunmuşdu.
0
0