Millimizin üzvü Qırğızıstan klubunda
02.07.2025 - 14:18
Millimizin üzvü Qırğızıstan klubunda

Azərbaycan millisinin üzvü Mirabdulla Abbasov karyerasını Qırğızıstanda davam etdirəcək. 

Apasport.az xəbər verir ki, 30 yaşlı hücumçu “Abdış-Ata” ilə danışıqları müsbət yekunlaşdırıb. 

Son mövsümü “Səbail”də keçirən futbolçu növbəti mövsümü Kant şəhəri təmsilçisinin heyətində keçirəcək.

O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Abbasov “Neftçi” və “Sumqayıt”da da çıxış edib.