Millimizin üzvü Xorvatiya klubunda - RƏSMİ
24.07.2025 - 17:48
"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.
Rüfət "Varajdin"ə transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub. Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
0
0