
"Sonuncu hazırlıq mərhələsindəyik. Məşqlər plan üzrə gedir".
Apasport.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov yığmanın “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, sparrinq məqsədilə İran, Moldova və Rusiyadan güləşçilər dəvət edilib: “Güləşçilərimiz özlərini pis hiss etmir, məşq edir, hazırlaşırlar. Hər kəs yaxşı nəticəyə köklənib”.
Qeyd edək ki, Azərbaycanı Paris olimpiadasında Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) təmsil edəcək. Milli komandanın üzvləri avqustun 2-də Fransaya yollanacaqlar. “Paris-2024”də güləş yarışı avqustun 5-11-də keçiriləcək.
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb