
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət IV Ənənəvi Minifutbol Turniri davam edir.
Apasport.az xəbər verir ki, oktyabrın 11-12-də üçüncü turun A-B-C-D qrupları üzrə son oyunları keçiriləcək.
Şənbə günü saat 22:00-da B qrupunda “İctimai TV” “Vətən”, saat 23:00-da A qrupunda “Real TV” “APA” ilə qarşılaşacaq.
11 oktyabr
B qrupu 22:00 – “İctimai TV” – “Vətən”
A qrupu 23:00 – “Real TV” – “APA”
12 oktyabr
D qrupu 22:00 – “Baku TV” – “AzTV”
C qrupu 23:00 – “Yurd.Media – “Dəmir Yumruq”
Qeyd edək ki, Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.
- Bəhlul Mustafazadə: "Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq"
- Ayxan Abbasov: "Futbolçularım mübarizədən çəkinməyəcəklər"
- Yüksək Liqa: IV turun oyunları keçirilib
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
- Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirdim"