
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə cavab oyunu öncəsi təəccüblü açıqlamalar verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi transfer prosesində adı "Fənərbaxça" ilə hallanan "Benfika"nın futbolçusu Kerem Aktürkoğlu ilə bağlı sualları birbaşa cavablandırmasa da, onun transferlə bağlı şərhləri diqqət çəkib:
"Kerem Aktürkoğlunun transferini düşünmürəm. Biz "Benfika" ilə "Feyenoord" matçında oynadığımız oyunçularla meydana çıxacağıq. Fikrimcə, bu iki matç üçün heç bir əlavə səy göstərilməyib. Ehtiyac olsa idi, iki qarşılaşma arasında transfer həyata keçirilərdi".
Qeyd edək ki, "Benfika" - "Fənərbaxça" matçı sabah axşam saat 23:00-da Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ
- "Neftçi"yə alban müdafiəçi təklif edildi: Abasov bəyənmədi