
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.
Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.
Qeyd edək ki, klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
- "Göyəzən" və "Xankəndi" II Liqa yolunda: İNAMLI QƏLƏBƏLƏR
- İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
- Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar