
“Sabah”dan ayrıldıqdan sonra klubsuz qalan Namik Ələsgərovun yeni mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu Premyer Liqa klublarının transfer siyahısında yer alır.
“Qəbələ”, “Sumqayıt” və “Zirə” Namiki heyətinə qatmaq uğrunda mübarizə aparır. Onun yenidən ölkə xaricinə yollanmaq ehtimalı da istisna olunmur. Belə ki, futbolçu Türkiyə klublarının diqqət mərkəzindədir.
Karyerasında “Bursaspor” formasını da geyinmiş Ələsgərovun, ən yaxşı halda, Türkiyə I Liqası təmsilçilərindən birinə keçidi mümkündür.
Yaxın günlərdə millimizin sabiq üzvünün gələcək komandası rəsmən müəyyənləşəcək.
Qeyd edək ki, Namik Ələsgərov karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” və “Sabah” klublarında çıxış edib.