“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub axtardığı müdafiəçini Rumıniyada tapıb.
“Ağ-qaralar” Siyabonqa Nqezana ilə yaxından maraqlanır. Paytaxt klubu FKSB-nin arxa xətt oyunçusunu transfer etmək üçün işlərə başlayıb.
Cənubi Afrika Respublikasından olan futbolçu bu gün “Qarabağ”la görüşdə meydana çıxa bilər. Bildirilir ki, “Neftçi” skautları bu gün onu stadionda canlı izləyəcək.
Nqezananın transfer dəyəri 2,2 milyon avro olaraq qiymətləndirilir. O, bu mövsüm çıxdığı 23 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” – FKSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.