"Neftçi" azarkeşləri "Xəzər Lənkəran" üçün darıxıb
18.02.2024 - 21:24
!["Neftçi" azarkeşləri "Xəzər Lənkəran" üçün darıxıb](https://ww3.apasport.az/storage/news/2024/february/18/big/65d23d45ac8c365d23d45ac8c4170827706165d23d45ac8c165d23d45ac8c2.jpg)
Misli Premyer Liqasının XXIII turu çərçivəsində "Neftçi" doğma meydanda "Zirə"ni qəbul edib (1:0).
Apasport.az xəbər verir ki, matçın gedişində "Neftçi"nin azad azarkeş qrupu "Neftçimania" "Xəzər Lənkəran"a ünvanlı şüarlar səsləndirib.
"Böyük oyunu bizə qaytarın" deyən qrup maraqlı bəstə ilə cənub təmsilçisini Premyer Liqaya səsləyib:
"Gəzdik küçələrdə,
yatdıq vağzallarda,
keçdi gecələr.
Gözləsin bizi, gəlirik, Lənkəran".
Qeyd edək ki, son günlərdə "Xəzər Lənkəran"ın stadionunun təmirə bağlanması səbəbilə cənubluların yenidən elitaya qayıda biləcəyi haqda xəbərlər yayılıb.
1
0