“Neftçi” beynəlxalq turnirin qalibi olub - VİDEO
28.08.2025 - 17:02

Qubada keçirilən 12 yaşadək futbolçuların “II Ulduz Cup” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün yarışın final matçı baş tutub.
Həlledici dueldə “Neftçi” Özbəkistan təmsilçisi “Paxtakor”la qarşılaşıb.
Görüşdə hesabı “ağ-qaralar” açıb. Lakin qonaqlar bərabərlik topunu vurmağı bacarıb. Matçıb qalibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Neftçi” çempion adına yiyələnib.
0
0