“Neftçi” braziliyalı futbolçunun klubu ilə razılığa gəldi - Müqavilə imzalanacaq
24.06.2025 - 09:55
“Neftçi” braziliyalı futbolçunun klubu ilə razılığa gəldi - Müqavilə imzalanacaq

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytına verilən məlumata görə, klub “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyronu rənglərinə bağlayıb.

Hələ ki rəsmi müqaviləyə qol çəkilməsə də, iki klub rəhbərliyi arasında razılıq əldə olunub.

Belə ki, danışığa əsasən, braziliyalı mövsümə “Araz-Naxçıvan”da başlayacaq və daha sonra “Neftçi”yə keçəcək. İqor artıq Naxçıvan təmsilçisinin yeni mövsüm hazırlıqlarına cəlb edilib.

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris”lə görüşlərindən sonra “Neftçi”nin toplanışına qoşulacaq. Əgər, “Araz-Naxçıvan” avrokuboklarda yoluna davam etsə, İqor naxçıvanlılara kömək olmağa davam edəcək.

Qeyd edək ki, Ribeyro “Qama”, “Bandeyrante”, “Seylandiya”(hamısı Braziliya), “Takuari”(Paraqvay) klublarında oynadıqdan sonra 2023-cü il avqustda “Araz-Naxçıvan”a keçib.