"Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı
04.09.2024 - 20:10
!["Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı](https://ww3.apasport.az/storage/news/2024/september/04/big/66d7f1d69bff166d7f1d69bff2172542818266d7f1d69bfef66d7f1d69bff0.jpg)
Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz turnirin I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.
Gürcüstanın Tsxaltubo şəhərində keçirilən matç təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 0:5.
Qeyd edək ki, II qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.
0
0