"Neftçi" daha bir hücumçu transfer etdi
30.07.2024 - 20:22

“Neftçi” növbəti transferini reallaşdırıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçu Andrey Ştoqrin komandanın heyətinə cəlb olunub.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 88 nömrəli formanı geyinəcək. Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub.
- Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb
- “Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
0
0