“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətinə yeni futbolçu cəlb edir.
Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Limassol klubu isveçli hücumçu Leo Benqtssonu transfer edir.
Ölkəsində “Hakken” klubunun formasını geyinən və müqaviləsi ilin sonuna qədər olan 24 yaşlı ön xətt oyunçusu bu gün Kiprə yollanaraq yeni klubunda tibbi müayinədən keçəcək və ardından müqavilə imzalayacaq. Onun “Neftçi” ilə matça qədər sifariş olunub-olunmayacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında sabah Larnakada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
- "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR