“Neftçi” yay transfer çalışmalarını davam etdirir. Hazırda klubun gündəmində yer alan əsas məsələ Freddi Varqasdır.
“Apasport”un əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi yarımmüdafiəçi üçün danışıqları davam etdirir.
Futbolçunun müqavilə ilə məxsus olduğu Netanya “Makkabi”si onu satmağa razıdır. Lakin İsrail klubu Varqasın transferindən 780 min avro (1,5 milyon manat) qazanmaq niyyətindədir.
“Neftçi” tərəfi bu qiymətin yüksək olduğunu bildirir. “Flaqman” “Makkabi” ilə məbləği aşağı salmaq üçün müzakirələr aparır.
“Ağ-qaralar” Varqas transferini reallaşdırsa, bu, klub tarixinin rekord keçidi kimi tarixə düşə bilər.
Qeyd edək ki, Varqas son mövsümü “Neftçi”də icarə əsasında keçirib. Onun İsrail təmsilçisi ilə müqaviləsi növbəti mövsümün sonuna qədərdir.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub