“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə aparacağı heyəti açıqlayıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi qardaş ölkəyə 23 futbolçu ilə yollanacaq. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 13-ü yarımmüdafiəçi, 1-i isə hücumçudur.

Yeni baş məşqçi Laurentsiu Regekampfın rəhbərliyi altında bu gün Türkiyəyə yollanacaq “ağ-qaralar” iyulun 15-dək orada hazırlıq keçəcək. Komanda Boluda 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Neftçi” bu mövsüm Konfrans Liqasında ölkəmizi təmsil edəcək. Bakı klubu Kipr klubu “Aris”lə iyulun 21-də səfərdə, bir həftə sonra isə evdə qarşılaşacaq.
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib