"Neftçi" yeni müdafiəçi transfer edib
23.08.2024 - 18:39

“Neftçi” daha bir transferini hayata keçirib.
Apasport.az xəbər verir ki, Seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Sek artıq “Neftçi”nin üzvüdür.
24 nömrəli formanı geyinəcək 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.
- Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb
- “Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
0
0