"Neftçi"də yeni müqavilə
10.07.2025 - 15:06
"Neftçi"də yeni müqavilə

"Neftçi" sponsoru olan "Liv Bona Dea Hospital" ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında sponsorluq müqaviləsi bağlanıb. Anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, "Liv Bona Dea Hospital" 2022-ci ildən "Neftçi"yə tibbi xidmətlər göstərir.