“Neftçi”də zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubun baş həkim Şaiq Zöhrablı məlumat verib.
O bildirib ki, zədəsini sağaldan müdafiəçilər Azər Salahlı, Mert Çelik və yarımmüdafiəçi Rəhman Hacıyev kollektivlə birgə məşqlərə qoşulublar. Həmçinin müdafiəçi Azər Əliyev və orta sahə oyunçusu Eddi İsrafilov da tam sağalıb. Ancaq onlar hələlik individual hərəkətlərlə kifayətlənirlər.
Yalnız gənc yarımmüdafiəçi Fərid Yusifli zədədən əziyyət çəkir. 20 yaşlı oyunçu müalicəsini davam etdirir. Uzun müddətdir komandadan uzaq düşən paraqvaylı pleymeyker Sezar Meza Kolli isə bərpa prosesi ilə məşğuldur.
Qeyd edək ki, “Neftçi” hazırda 25 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşır.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."