"Neftçi"dən darmadağın: 19:0!
19.02.2026 - 18:20
"Neftçi"dən darmadağın: 19:0!

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda 2 oyun keçirilib.

Apasport.az xəbər verir ki, "Lənkəran" kollektivi ilə üz-üzə gələn "Neftçi" İK 19:0 hesabı ilə qalib gəlib.

"Araz-Naxçıvan" isə "Baku Fire"ni 8:3 hesabı ilə məğlub edib. Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.

Qeyd edək ki, turun U-19 – "Şuşa" matçı fevralın 21-də keçiriləcək.

Xal durumu: "Neftçi" İK – 28, "Araz-Naxçıvan" – 28, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.