“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da stadion turu təşkil olunub.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə 57 №li tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupu iştirak edib.
Qonaqlar klubun muzeyi, fan-şop, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.
“İdmansevərlər” qrupunun üzvləri “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanıb və orada əsas komandamızın məşqini izləyib. Qonaqlar futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar. Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ