Misli Premyer Liqasında 2-ci oyun gününə "Palms Sport Arena"da yekun vurulub.
Apasport.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.
Görüş "ağ-qaralar"ın üstünlüyü ilə keçib. Hesabı İmad Fərəc açıb. İkinci yarıda Breno Almeyda fərqi iki topa çatdırıb.
Oyunda yekun nəticəni Slavik Alxasov müəyyənləşdirib - 1:2.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
20:00. "Neftçi" - "Araz-Naxçıvan" 2:1
Qollar: İ. Fərəc, 33, B. Almeyda, 58 - S. Alxasov, 65
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Bakı. "Palms Sports Arena"