"Neftçi"dən qapıçı qərarı: MÜQAVİLƏ İMZALANACAQ
12.05.2026 - 13:42
"Neftçi" komandanın kapitanlarından olan Emil Balayevlə bağlı qərarını verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, "ağ-qaralar" 31 yaşlı qapıçını heyətində saxlayacaq.
"Flaqman" cari mövsümün sonunda müqaviləsi baş çatacaq azərbaycanlı qolkiperlə yeni müqavilə imzalamağı planlaşdırır. Klub rəhbərliyi onu həm meydanda, həm də meydandan kənarda liderlərdən biri kimi görür.
Hazırda tərəflər arasında ilkin danışıqlara start verilib. Balayevin də komandada qalmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Emil "Neftçi"nin yetirməsidir.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
0
0