
"Neftçi"nin iki oyununun yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Qurum "Neftçi Arena" stadionunun ot örtüyünün yararsız hala düşməsini, idman qurğusunda aparılan bərpa işlərini, "Neftçi"nin rəsmi müraciətini, "Şamaxı"nın razılığını nəzərə alaraq belə addım atıb. Azərbaycan Premyer Liqasının III və V turları ilə bağlı dəyişikliklər edilib.
III turun "Neftçi" - "Sabah" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi "Neftçi Arena"da deyil, "Liv Bona Dea Arena"da baş tutacaq. Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik edilməyib. V turun "Neftçi" - "Şamaxı" matçı ilə XIII "Şamaxı" – "Neftçi" oyununun yeri dəyişdirilib. Bu, klubların əvəzedici heyətlərinin oyununa şamil edilməyib.
Qeyd edək ki, "Neftçi Arena" stadionunda ot örtüyünün bərpa işləri VII turda keçiriləcək "Qarabağ"la oyuna qədər yekunlaşacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL