Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə “Neftçi” arasında Kiprdə keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə Limassol klubu məlumat yayıb.
Bildirilib ki, azarkeşlər “AEK Arena”da baş tutacaq qarşılaşmanın biletlərini bu gündən etibarən ala bilərlər. Biletlərin qiyməti 15 avrodur. Tələbələr 10, uşaqlar isə 1 avro ilə bunu əldə edə bilərlər. VİP yerlər üçün böyüklər 50, tələbələrlə uşaqlar 25 avrolarından keçməli olacaqlar.
Qeyd edək ki, “Aris” – “Neftçi” oyunu iyulun 21-də keçiriləcək. Qarşılaşmanın baş tutacağı Larnakadakı “AEK Arena” 7400 tamaşaçı tutumuna malikdir.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB