"Neftçi"nin yarımmüdafiəçisi 2 oyunluq cəzalandırılıb
07.05.2025 - 11:58
"Neftçi"nin yarımmüdafiəçisi 2 oyunluq cəzalandırılıb

AFFA İntizam Komitəsi "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu 2 oyunluq cəzalandırıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Camalov "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub.

Bu səbəblə "ağ-qaralar" 1500 manat ziyana düşüb. 

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.