"Neftçi"yə alban müdafiəçi təklif edildi: Abasov bəyənmədi
26.08.2025 - 19:50
"Neftçi"yə alban müdafiəçi təklif edildi: Abasov bəyənmədi

“Neftçi” transfer çalışmalarını davam etdirir.  

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”a Klisman Keyk təklif edilib. 

“Şkendiya”nın mərkəz müdafiəçisi olan 26 yaşlı futbolçu “Neftçi”yə keçməyə hazır olub.

Lakin Samir Abasov bu futbolçunu bəyənməyib və keçid reallaşmayıb.

Keykin “Şkendiya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Albaniyanın U-21 yığmasının sabiq üzvü “Tirana” və “Struqa”da oynadıqdan sonra 2022-ci ildə “Şkendiya”ya keçib.